Haqqımızda

  1. Əsas Səhifə
  2. Haqqımızda
Haqqımızda
Haqqımızda

Haqqımızda

Şimal zonasındakı ən böyük bağ massivinə sahib olan bir şirkət olaraq, 650 hektarlıq ərazidə 59 müxtəlif meyvə çeşidini müasir damlama suvarma sistemi ilə becəririk. Məhsullarımızı yüksək keyfiyyət standartlarına uyğun şəkildə yetişdirərək, həm yerli, həm də beynəlxalq bazarlarda etibarlı tərəfdaş olmağı hədəfləyirik.Suvarma prosesində səmərəli resurs istifadəsinə önəm verərək, damlama sistemi tətbiq edirik. Meyvələrimiz xüsusi texnika ilə yığılır və keyfiyyətə uyğun olaraq çeşidlənir. Sərt seleksiya prinsiplərinə əsasən, keyfiyyət standartlarına uyğun olmayan məhsullar istehsaldan kənarlaşdırılır. Bu yanaşma, müştərilərimizə yalnız ən yüksək keyfiyyətli məhsullar təqdim etməyimizə zəmin yaradır.2020-ci ildən etibarən Qusar rayonunda fəaliyyət göstərərək, məhsullarımızı Birləşmiş Ərəb Əmirlikləri, Suriya, İraq, Qazaxıstan və Rusiya kimi ölkələrə ixrac edirik. 12,000 tonluq tutuma malik soyuducu saxlama anbarlarımız Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin bütün standartlarına tam uyğunluq təşkil edir.Meyvə sağlamlığını qorumaq məqsədilə müasir dərmanlama və gübrələmə sistemlərindən istifadə edirik. İstehsal etdiyimiz hər bir məhsul keyfiyyətə nəzarət mərhələlərindən keçərək, bazara yalnız ən yaxşı nəticə ilə çıxarılır.

Əsas məqsədimiz – yüksək keyfiyyətli meyvələr təqdim edərək, yerli və beynəlxalq bazarda lider mövqeyimizi qorumaq və müştərilərimizə etibarlı xidmət göstərməkdir.

Bizi seçdiyiniz üçün təşəkkür edirik!

Yerli və xarici bazarda meyvə ixracı ilə məşğul olan əsas şirkətlərdənik!
Bizim meyvə bağlarını niyə seçməlisiniz?

Yerli və xarici bazarda meyvə ixracı ilə məşğul olan əsas şirkətlərdənik!

59 çeşiddə meyvəni keyfiyyətli şəkildə sizə təqdim edirik!

00+

Hektar Ərazi!

00+

Tonluq Saxlama Anbarı

00+

Xarici Ölkənin Seçimi!

Rəylər

Müştərilər haqqımızda nə düşünür?

KOMANDAMIZ

"Yaşıl Bağlar" əməkdaşları ilə tanış olun!

Tez-tez verilən suallar

Müştərilərimizə maraqlı olan məlumatlar burada!

"Yaşıl Bağlar" 2020-ci ildən bəri şimal zonasında fəaliyyət göstərən ən böyük bağ massividir.

12.000 tonluq saxlama anbarımız AQTA tələblərinə tam cavab verəcək şəkildə təchiz olunub.

Alma, gilas, armud, gavalı, heyva, nekltarin, qaysı, şaftalı meyvələrinin 59 çeşidini bağımızda yetişdiririk.

Sizinlə əlaqə saxlamağımız üçün anketi doldurun!

Məlumatlarınızı daxil edin

Ləzzətli və keyfiyyətli meyvələr bizdə!

Ən Yaxşı Xidmətlərimiz

Bizimlə əlaqə saxlayın